futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
İtaliyanın “Bolonya” klubu “Roma”nın ukraynalı hücumçusu Artem Dovbiki transfer edib.
Futbolpress.az xəbər verir ki, 29 yaşlı forvard 2026/27 mövsümünü icarə əsasında “qırmızı-göylər”in heyətində keçirəcək. Müqaviləyə əsasən, Bolonya təmsilçisi mövsümün sonunda oyunçunun transfer hüququna 17 milyon avro qarşılığında yiyələnmək opsiyasına da sahibdir. Həmçinin, futbolçunun maaşının bir hissəsini “Roma” qarşılayacaq.
Ötən mövsüm paytaxt klubunun heyətində çıxış etdiyi 63 matçda 20 qol vuran forvard “Roma”ya keçən Santiaqo Kastronun boş qalan mövqeyini doldurmağa çalışacaq.