Arterial təzyiqin düzgün ölçülmə QAYDASI | Icma.az
Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.
Arterial təzyiqi ölçən tonometr aparatı hipertoniyanın aşkar edilməsinə kömək edir. Həmin aparatdan düzgün istifadə etməyin qaydası var.
Hipertoniyadan əziyyət çəkənlərin çoxunun evində təzyiqi ölçən aparata rast gəlmək olar.
Amma onun dəqiqliyi, elektron və mexaniki aparatlar arasındakı müqayisələr çoxlarını narahat edir.
Göstəricilərin bir-birindən fərqli olması xəstəni və həkimi çaşdıra, dəqiq diaqnoz qoymaqda çətinlik yarada bilər.
Paytaxtdakı 22 nömrəli Birləşmiş Xəstəxananın həkim-kardioloqu Nüşabə Səfərova AZƏRTAC-a deyib: “Hazırda manjetli və üzərində əqrəbləri olan tonometrlərdən istifadə edilir.
Klassik aparatların həssaslığı daha yüksəkdir və doğru rəqəmləri almaqda həkimə kömək edir.
Lakin ən mühüm məsələlərdən biri də təzyiqin düzgün ölçülməsidir. Son vaxtlar geniş yayılmış elektron cihazlardan da istifadə olunur.
Tam oxu
Xəbəri oxu