Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Arsenal"ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Atletiko"ya qarşı keçirəcəkləri matç haqda danışıb.
QOL.az xəbər verir ki, o, jurnalistin "Arsenal" daha böyükdür, yoxsa "Atletiko" sualını cavablandırıb.
Mütəxəssis London təmsilçisini dünyanın ən yaxşısı adlandırıb: "Mənim üçün "Arsenal" dünyanın ən böyük klubudur.
Çünki bu klub üçün çalışıram. "Arsenal"ı sevirəm və inkişaf etməyə davam etməsini istəyirəm.
Əsas odur ki, bu mövsüm biz "Arsenal"ı indiyə qədərki ən böyük "Arsenal"a çevirək".
Qeyd edək ki, "Arsenal" - "Atletiko" oyunu sabah keçiriləcək. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.