Arteta Arsenalın tarixinə düşdü

05.12.2024

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Arsenal”ın baş məşqçisi Mikel Arteta yeni klub rekordu qırıb.

Sfera.az xəbər verir ki, onun komandası ötən gecə İngiltərə Premyer Liqasının 14-cü turunda “Mançester Yunayted”i üstələyib - 2:0. "Topçular" bunadək "Mançester Yunayted"lə son 3 görüşlərində də qalib gəlmişdilər.

Nəticədə Arteta "Arsenal"la “Mançester Yunayted” üzərində ardıcıl 4 Premyer Liqa matçında qələbə qazanan ilk məşqçi olub.

Qeyd edək ki, "Arsenal" hazırda Premyer Liqanın turnir cədvəlində 28 xalla 3-cüdür. “Mançester Yunayted” 19 xalla 11-ci yerdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью