futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının V turunda “Bavariya”nı məğlub etdikləri görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 3:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Oyunun ümumi səviyyəsindən və dominantlığımızdan məmnunam. Bu oyunda bizdən əlavə səviyyə tələb olunurdu və işimizin öhdəsindən gəldik. Futbolçular möhtəşəm oyun göstərdilər. Bu qələbə bizə daha çox inam verəcək”.