Arteta: Bu qələbəni cavab oyununda da təkrarlamalıyıq

09.04.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la böyük hesabla qalib gəldikləri ilk oyun (3:0) haqqında danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis cavab görüşündə də Madrid təmsilçisini üstələməyə çalışacaqlarını deyib: 

“Biz bir çox insana “Arsenal”la fəxr etmək üçün səbəb verdik. Mən heç bir stadionda belə ab-hava görməmişdim. Belə görüşlərdə bu lazımdır. Komanda düzgün istiqamətdə mühüm addım atdı. Gələn həftə bu gün bacardığımızı təkrarlamalıyıq”.

Qeyd edək ki, "Real" - "Arsenal" cavab oyunu aprelin 16-da Madriddə keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью