Arteta Çelsi üzərində qələbəni belə şərh etdi

15.01.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

İngiltərə Liqa Kubokunun 1/2 finalının ilk oyununda "Çelsi"ni 3:2 hesabı ilə məğlub edən "Arsenal"ın baş məşqçisi Mikel Arteta matçın ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, ispan mütəxəssisin sözlərini "topçular"ın rəsmi saytı belə çatdırıb:

"Hər şeydən öncə yetərincə güclü rəqibə qarşı sərgilədikləri oyuna görə futbolçularımı tərifləməliyəm. Hesab 3:1 olarkən daha iki qol vurmaq üçün əla şanslarımızı dəyərləndirmədik. Başqa nəticə qeydə alına bilərdi. Lakin rəqib həmin vaxt künc zərbəsindən sonra ikinci qolu vurdu və oyun davam etdi. Əlbəttə, bu, heç də ideal hiss deyil, ancaq komanda olaraq etdiyimizi də nəzərə almalıyıq".

Tərəflərin cavab qarşılaşması fevralın 3-də keçiriləcək.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью