Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Real”ı gələn mövsümdən çalışdıra biləcək mütəxəssislərin sırasına Mikel Arteta da daxil edilib. İspaniya klubunun rəhbərliyi artıq baş məşqçi vəzifəsi üçün potensial namizədləri araşdırır.
"Football-plus.az" xəbər verir ki, onlardan biri hazırda “Arsenal”ı çalışdıran Mikel Artetadı. Aydın məsələdi ki, madridlilərin baş məşqçisi Alvaro Arbeloanın gələn mövsüm də vəzifəsində qalmaq ehtimalı çox azdı. Bu da var ki, “Arsenal” rəhbərliyi Artetanı heç yana buraxmaq istəmir. Klubun idman direktoru Andrea Berta hazırda onunla yeni müqavilə imzalamaq üçün danışıqlar aparır.
İspaniyalı mütəxəssis komandaya 2019-cu ilin dekabrından rəhbərlik edir. Artetanın “Arsenal”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.