Arteta: “Məğlubiyyətlər də futbolun bir parçasıdır”

26.01.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqada “Mançester Yunayted”ə uduzduqları oyunu şərh edib.

Futbolpress.az BBC-yə istinadən xəbər verir ki, mütəxəssis 2:3 hesabıyla bitən görüş haqda bunları deyib:

“Mançester Yunayted”ə təşəkkür edirəm. Boşluqlarımızı, çatışmazlıqlarımızı görməyə kömək etdilər. İnanılmaz zərbələrlə iki qol vurdular. Oyuna yaxşı başlasaq da, top itkiləri yekunda məğlub olmağımıza gətirdi.

Matçın bəzi anlarında dominantlıq etdik. Hücumda tez çoxalsaq da, effektiv ola bilmədik. İndi oyunçuları dəstəkləməyin vaxtıdır. Ardıcıl qələbələrlə yanaşı, məğlubiyyətlər də futbolun bir parçasıdır. İndi yaxşı formada deyilik və ayılmalıyıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью