Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Arsenal” futbol klubunun baş məşqçisi Mikel Arteta 2026/2027 mövsümündə Çempionlar Liqasının ümumi mərhələsinin ilk turunda “Napoli” ilə keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, Artetanın sözlərini klubun mətbuat xidməti yayıb.
İspaniyalı mütəxəssis qarşılaşmanın çətin keçəcəyini bildirib:
“Bu, həqiqətən də çətin oyun olacaq. Mən daha əvvəl bu stadionda olmuşam və onların yaratdığı atmosferi bilirəm. Ev meydanındakı nəticələri həqiqətən də təsiredicidir. Onların çox təcrübəli məşqçisi, liqada çıxış etmiş çoxlu futbolçuları var. Buna görə də bizi nələrin gözlədiyini bilirik. Hazırıq və qətiyyətliyik”, - deyə Arteta bildirib.
Qeyd edək ki, “Napoli” ilə “Arsenal” arasında qarşılaşma sentyabrın 9-da İtaliyanın Neapol şəhərindəki “Dieqo Armando Maradona” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, “Arsenal” və “Napoli” Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan çempionu “Sabah”ın rəqibləridir. Masazır klubu Çempionlar Liqasında “Napoli” ilə yanvarın 20-də Bakıda, “Arsenal”la isə yanvarın 27-də Londonda qarşılaşacaq.