futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasında “İnter”ə qalib gəldikləri oyunu şərh edib.
Futbolpress.az BBC-yə istinadən xəbər verir ki, mütəxəssis 3:1 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib: “Komandamla fəxr edirəm.
Oyundan əvvəl demişdim ki, bizə xüsusi oyun lazımdır və bunu göstərdik. Bu matçda yeni səviyyəyə qalxdıq.
“San Siro”da Avropanın ən güclü komandalarından birinə qalib gəlmək xüsusi bir şeydir. Oyun baxımından da üstün olduq, matçı idarə etdik”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.