Arteta Real ı yendikdən sonra Qvardiolaya zəng vuraraq nə deyib? Özü açıqladı

17.04.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

London "Arsenal"ının baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının yarımfinalına çıxdıqdan sonra ilk olaraq "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiolaya zəng edib. 

Fanat.Az xəbər verir ki, o, bu barədə "Sky Sport"a açıqlamasında belə deyib:
"Oyundan sonra Qvardiolaya zəng edərək hər şeyə görə ona təşəkkür etdim. Mənə böyük ilham verən məhz o olub. Mən onunla dörd gözəl ili birlikdə işləmişəm. Həmişə ona minnətdar olacağam. Pep olmasaydı, mən indi burada olmazdım". 

Xatırladaq ki, Arteta 2016-2019-cu illərdə "Mançester Siti"də Qvardiolanın köməkçisi olub. O, 2019-cu ildən "Arsenal"ı çalışdırır.

“Arsenal” Artetanın rəhbərliyi altında 1/4 finalda iki matçın yekununda “Real Madrid”ə 5:1 hesabı ilə qalib gələrək Çempionlar Liqasının yarımfinalına yüksəlib. Londonlular finala vəsiqə uğrunda Fransanın PSJ klubu ilə qarşılaşacaqlar.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью