Arteta Saka və Subimendinin zədəsi ilə bağlı açıqlama verib

20.11.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 20 noyabr, AZƏRTAC

“Arsenal”ın baş məşqçisi Mikel Arteta hücumçu Bukayo Sakanın və yarımmüdafiəçi Martin Subimendinin zədə vəziyyəti barədə danışıb.

AZƏRTAC xəbər verir ki, Arteta futbolçuların İngiltərə Premyer Liqasının XI turunda “Nyukasl”a qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcəklərini bildirib.

Baş məşqçinin sözlərinə görə, Sakanın bərpa prosesi müsbət istiqamətdə davam edir. Lakin futbolçunun yaşıl meydanlara qayıtması üçün təxminən daha dörd həftə vaxt tələb oluna bilər.

Subimendi isə əzələ zədəsi səbəbindən bir neçə həftə komandaya kömək edə bilməyəcək. Arteta bildirib ki, futbolçu İngiltərə millisi ilə keçirdiyi oyundan sonra ciddi narahatlıq hiss etməsə də, MRT müayinəsi zədəni üzə çıxarıb.

Qeyd edək ki, “Nyukasl” – “Arsenal” qarşılaşması noyabrın 21-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью