Arteta Türkiyə millisinin üzvünü transfer etməkdə israrlıdır

26.11.2024

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

London təmsilçilərindən "Arsenal" heyətini Türkiyə millisinin üzvü ilə gücləndirmək istəyir.

Apasport.az “Todofichajes” portalına istinadla xəbər verir ki, söhbət "Real Madrid"in yarımmüdafiəçisi Arda Gülerdən gedir.

“Topçular”ın baş məşqçisi Mikel Arteta 19 yaşlı futbolçunu dəvət etməkdə şəxsən maraqlıdır. İspaniyalı Gülerin norveçli Martin Odeqard kimi “Arsenal”da parlayacağına inanır.

Türkün transfer qiyməti 45 milyon avro olaraq qiymətləndirilir. Tərəflər arasında mövcud müqavilə 2029-cu ilin iyun ayının sonunda başa çatacaq. İspaniya çempionatının cari mövsümündə Arda 9 oyun keçirib, bir məhsuldar ötürmə edib.
 

TFF "Qalatasaray"ın tələbini rədd etdi Van Nistelrooy İngiltərə yolunda “Mançester Siti”nin transfer hədəfi “Qalatasaray”da ciddi itki “Real”da ciddi itki
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью