futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Arsenal”ın baş məşqçisi Mikel Arteta futbolçuların gözlənilməz çətinliklərə hazır olması üçün mövsümöncəsi təlim-məşq toplanışını qəsdən ağırlaşdırdığını etiraf edib.
Futbolpress.az xəbər verir ki, daha əvvəl UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda “Napoli” ilə matç (1:0) öncəsi İtaliyaya reysin aviadispetçer xidmətindəki problemlər üzündən təxirə düşmüşdü.
Mütəxəssis belə gözlənilməz situasiyaların komandaya mənfi təsir etməməsi üçün xüsusi sınaqlar hazırladığını bildirib:
“Mən belə çətinlikləri sevirəm. Mövsümöncəsi hazırlıqda qəsdən belə şərait yaradıram ki, belə vəziyyətlə üzləşəndə nə edəcəyimizi bilək. Təyyarə reysi ləğv edilə bilər, qatar ləngiyər, tıxac olar. Belə anlarda futbolçuların və heyətin panikaya düşməsini istəmirəm.
Biz komanda üçün çox iş gördük. Yemək saatlarını gecikdirdik, nəqliyyatı dayandırdıq, qeyri-adi marşrutlar seçdik. Paltardəyişmə otağındakl şəraiti daha isti və dözülməz hala gətirdik, masaj masalarının bir hissəsini yığışdırdıq. Bütün bunlar müxtəlif situasiyalara uyğunlaşmağımız üçün idi”.
“Arsenal” 2026/27 mövsümünə uğurlu start verib. London təmsilçisi İngiltərə Premyer Liqasında keçirdiyi ilk 3 matçın hamısında qələbə qazanaraq 9 xalla, top fərqinə görə “Mançester Siti”dən geri qalaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.