Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Arsenal”ın baş məşqçisi Mikel Arteta komandası ilə matçlar zamanı daha effektiv ünsiyyət qurmaq üçün peşəkar pilotlardan məsləhət almaq qərarına gəlib.
QOL.az “The Telegraph”a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis kritik vəziyyətlərdə pilotların bir-biri ilə necə əlaqə saxlaması ilə maraqlanıb. Arteta xüsusilə saniyələrin belə həlledici olduğu anlarda məlumatın necə qısa və dəqiq ötürüldüyünü öyrənmək istəyir.
“Mən bu şəxslərlə əlaqə saxlayacağam ki, onların necə ünsiyyət qurduğunu başa düşüm. Çünki onlar üçün bu, həyat və ölüm məsələsidir. Əminəm ki, hər şeyi bir sözlə demək mümkündürsə, 20 ifadə və ya 20 sözdən istifadə etmirlər”, - deyə Arteta bildirib.
“Arsenal”ın çalışdırıcısı pilotların məşqçilər heyətinin ünsiyyətini də təhlil etməsini və futbolçulara məlumatın daha sürətli, aydın və lazımsız sözlər olmadan çatdırılması üçün tövsiyələr verməsini istəyir.