Artetadan unikal nailiyyət

05.12.2024

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Mançester Yunayted”lə oyunda (2:0) yeni uğura imza atıb. 

Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis tarixdə “Mançester Yunayted”ə qarşı ardıcıl 4 Premyer Liqa matçında qalib gələn ilk “Arsenal” çalışdırıcısı olub.

“Topçular” ikinci hissədə vurduğu 2 qol sayəsində Ruben Amorimin komandası üzərində qələbəni qeyd ediblər.

Bundan əlavə, Arteta “qırmızı şeytanlar”a qarşı 5 və ya daha çox oyun keçirən bütün mütəxəssislər arasında ən yüksək qələbə faizinə malikdir (70 faiz – 10 matçda 7 qələbə).

Acun Ilıcalı açıqladı: "Demək olar ki, anlaşmışıq" Salahdan yeni rekord Amorimin 34 oyunluq seriyası qırıldı "Bavariya" almaniyalı futbolçusu ilə yeni sözləşmə imzalayacaq Estonlar Azərbaycanla oyuna görə cərimələnib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью