Artetanın köməkçisi Seriya A klubunu çalışdıra bilər

18.06.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

London "Arsenal"ının baş məşqçisi Mikel Artetanın köməkçisi Karlos Kuesta tezliklə İtaliya A Seriyası klubunu çalışdıra bilər.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İtaliya klublarından "Parma" 29 yaşlı mütəxəssislə maraqlanır.

Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar son mərhələdədir.

Xatırladaq ki, "Parma" Kristian Çivu ilə yollarını ayırdıqdan sonra baş məşqçi postu boş qalıb.

Kuesta 2020-ci ildən Artetanın heyətindədir. Məşqçi əvvəllər "Yuventus" və "Atletiko Madrid"in gənclər komandalarını çalışdırıb.

“Atletiko”nun alternativ planı “Barsa”nın futbolçusu əməliyyat olundu Super Liqa təmsilçisində yeni təyinat - RƏSMİ Qittens təklifləri dəyərləndirməyəcək İnzaqinin yeni iş yeri müəyyənləşib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью