Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Arsenal" yeni mövsümdən əvvəl hücum xəttinin sol cinahına gücləndirici oyunçu tapmaq üçün fəal şəkildə çalışır.
QOL.az xəbər verir ki, bu haqda "The Athletic" məlumat yayıb. "Topçular"ın baş məşqçisi Mikel Arteta "Yuventus"un cinah oyunçusu Kənan Yıldızı əsas transfer hədəfi hesab edir.
London klubu artıq 21 yaşlı futbolçunun mümkün transferi ilə bağlı "Yuventus"la əlaqə saxlayıb. Lakin Turin klubu müqaviləsi 2030-cu ilin yayına qədər olan ən perspektivli oyunçularından birini satmağı planlaşdırmadıqlarını açıq şəkildə bildirib.
Buna baxmayaraq, "Arsenal" türkiyəli futbolçunu transfer etmək fikrindən əl çəkmir. Klubun "Yuventus"u mövqeyini yenidən nəzərdən keçirməyə inandırmaq üçün təxminən 100 milyon avro sərmayə qoymağa hazır olduğu bildirilir. Lakin Dünya Kuboku səbəbindən danışıqların aktiv mərhələsi hələ başlamayıb.
Kenan Yıldız 2025/26 mövsümündə "Yuventus"un heyətində bütün turnirlərdə 47 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib.