Artıq 10 noyabr Üç tərəfli Bəyannamə qüvvədən düşüb

02.07.2025

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Rusiya ilə Azərbaycan arasında yaranan siyasi böhranın davam etməsi gözlənilir. Rusiya Cənubi Qafqazda geosiyasi mövqeləri zəifləyir. Rusiya ikinci Qarabağ müharibəsində imzalanan 10 noyabr "Üc tərəfli Bəyannaməsi" regionda qalıcılığını planlaşdırırdı. Artıq 10 noyabr " Üç tərəfli Bəyannamə" qüvvədən düşüb.
Rusiya Xəzər dənizində Azərbaycana qarşı təxribatlara əl ata bilər. Qeyd edim ki, "Orta dəhliz" Xəzər dənizindən keçir. Təbii k, burada Çinin geosiyasi maraqları da təhdid edilə bilər.
Rusiya Azərbaycana tam təzyiqlər etmək və regionda qalmaq üçün Ermənistanda N. Paşinyanın devrilməsi üçün maksimum çalışacaq. Azərbaycana təzyiqlər daima Ermənistan üzərindən olub. Rusiya Kilsə və müxalifətdən istifadə edərək hakimiyyəti yıxmağa çalışır. Rusiyanın Ermənistanda qalib gəlmək şansları yoxdur. Xalqda bilir ki, Rusiyanın dəstəklədiyi qüvvələrin hakimiyyətə gəlişi Azərbaycanla müharibə deməkdir. Ermənistan Baş nazirinə Rusiyanin sui-qəsd etməsi istisna deyil.
Məhəmməd Əsədullazadə, politoloq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью