Artıq 2 milyon bilet satılıb

04.12.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

FİFA 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil olunacaq dünya çempionatı üçün satılan biletlərin sayını açıqlayıb. Bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.
"Football-plus.az" xəbər verir ki, artıq mundiala 2 milyon bilet satılıb. Daha əvvəl FİFA DÇ-2026 üçün biletlərin qiymətləri barədə məlumat vermişdi. Biletlərin qiymətinin 60 dollardan 6730 dollara qədər dəyişdiyi bildirilmişdi.
Xatırladaq ki, mundial gələn il 11 iyun - 19 iyul aralığında keçiriləcək. Turnirdə ilk dəfə 48 milli komanda mübarizə aparacaq. Hazırda dünya çempionatının 42 iştirakçısı məlumdu. Son 6 vəsiqənin sahibi gələn ilin martına təyin olunan pley-off oyunlarından sonra müəyyənləşəcək.
Yeri gəlmişkən, sonuncu dünya çempionu Argentina yığmasıdı. Cənubi Amerika təmsilçisi 2022-ci ilin dekabrında keçirilən finalda Fransa üzərində qələbə qazanıb. Matçın əsas vaxtı 2:2, əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb, penalti seriyasında isə argentinalılar 4:2 hesabıyla üstün olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью