Artıq Ağ Evin qapısında olacaq Qızıldan hədiyyə

30.06.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Ağ Evə əlavə olunan yeni hədiyyəni paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Truth Social” hesabında açıqlama yayıb.

“250 illik yubiley münasibətilə Ağ Evə qızıl hədiyyə!” - sözlərini yazıb.

Paylaşımda Ağ Evin fasadında qızılı rəngdə ABŞ-nin milli simvolu olan qartal emblemi əks olunub.

Tramp paylaşımında hədiyyənin kimə məxsus olduğu haqda əlavə məlumat verməyib.

Qeyd edək ki, ABŞ-nin 250 illik yubileyi iyulun 4-də qeyd olunacaq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью