Artıq Avropa bazarına çıxmışıq Qurban Qurbanov | Icma.az
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının 3-cü turundan təxirə salınan oyunda "Şamaxı" ilə qarşılaşan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçı şərh edib.
QOL.az xəbər verir ki, o, səfərdə 1:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı bunları dilə gətirib: "Futbolçularımı təbrik edirəm.
Ayxan Abbasov düzgün müdafiə qurmuşdu. "Şamaxı"ya qarşı oynamaq həmişə çətin olub. Hər oyunumuz gərgin alınır. Sıx qrafikdə çıxış edirik.
Hər zaman ilin sonlarına yaxın futbolçuların sağlıq durumundan narahat olmuşam.
Oyunçularda avrokubok matçlarından sonra gərginlik daha çox idi. Ümumilikdə isə keyfiyyəti qoruyub saxlamağı bacardıq.
Lakin ildən-ilə bu tempi qoruyub saxlamaq çətinləşir". O, rəqib futbolçu Leroy Mikels haqqında da danışıb: "Leroy Mikels yaxşı oyunçudur.
Mənim komandamda da belə oynayardı, ya yox, bu, sual altındadır".
Tam oxu
Xəbəri oxu