“Artıq Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə ehtiyac var”

19.12.2025

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bu gün Azərbaycan neft məhsullari daşıyan sterin çənlərli qatarlar Ermənistana daxil oldu.

Azerbaycanin neft məhsulları göndərməsi və tranzit yüklərin daşınması üzrə məhdudiyyətləri aradan qaldırılması sülh prosesin tərkib hissəsidir”.

Gununsesi.info bildirir ki, bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Paşinyan Azərbaycan neft məhsullarını daşıyan qatarın Ermənistana daxil olmasını paylaşaraq sülhün olduğunu mesajını verdi.

Artıq Azərbaycanla -Ermənistan arasında dayanıqlı sülhə ehtiyac var.

Demək olar ki, sərhədlərin delimitasiya və demarkasiyası da problemsiz baş tutacaq. Anklav kəndlərlə bağlı məsələlər prinsipcə həllini tapacaq.

Ermənistanla Azərbaycan arasında səmərəli və nəticəyönümlü dialoq qurulub. Baş verən proseslər Ermənistanda seçkilər öncəsi N. Paşinyanın mövqeyini gücləndirir”.

Xatırladaq ki, dekabrın 18-də SOCAR ilk dəfə olaraq yerli mənşəli neft məhsulunu Ermənistana tədarük edib və 22 vaqonda ümumilikdə 1220 ton Aİ-95 markalı avtomobil yanacağı yola salınıb.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью