Icma.az, Fanat saytına istinadən bildirir. "Sumqayıt"ın baş məşqçisi Vadim Kuramşın Azərbaycan Basketbol Liqasının XIX turunda "Quba"nı 112:
Fanat.Az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında belə danışıb: "Oyunçularımı qələbə münasibəti ilə təbrik edirəm.
Baxmayaraq ki, bəzi şeylər istədiyimiz kimi getmədi. Matça yaxşı başladıq. Xal fərqini 15-ə qədər qaldırmışdıq.
Daha sonra kombinasiyalı oyuna üstünlük vermədik. Bu da "Quba"nın bizə çatması ilə nəticələndi. Matçın sonlarında yenə də fərqi artırdıq.
Bu gün məhsuldar oynayan Endryu Louder, Zayon Yanq, Kolin Qolson, xüsusilə də tripl-dabl edən Eli Lourensə təşəkkür edirəm.
Biz artıq B qrupunda 4-cü pilləni təmin etdik. Pley-offdakı rəqibimizi gözləyəcəyik.
Rəqibin kimliyindən asılı olmayaraq sona qədər mübarizə aparacağıq".
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.