Artıq bacılarım evimə gəlmirlər

17.07.2025

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

"Məni ailəmlə birləşdirən iki böyük dəyəri itirdim. Həftəsonu bacılarım hamısı bizə yığışırdı ki, atamla anamın başına toplaşırıq".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı verilişində deyib. Bir müddət əvvəl vəfat edən valideynlərindən danışan aparıcı kövrəlib. O bildirib ki, valideynləri vəfat etdiyi üçün bacıları ilə də istirahət günləri bir araya gəlmir:

"40 mərasimi bitəndə bacılarıma, uşaqlarına dedim ki, həftəsonu gəlin. Bilirəm ki, gəlməyəcəklər. Biz harada oluruqsa olaq həftəsonu bir araya gəlirdik. Hamı artıq bir raya gəlməyəcək, öz işinə gedəcək. Çünki orada atam, anam gözləyir, gedim ona dəyim olmayacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью