Artıq Bakı və İrəvan arasında ticarət münasibətləri yaradılıb Əliyev

04.01.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətləri yaradılıb.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edərkən deyib.

Əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyən dövlət başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğulayıb.

Azərbaycan Prezidenti regional sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini bildirib. Dövlət başçısı artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını deyərək, bu xüsusda Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini, həmçinin Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən keçməklə Ermənistana ixracının həyata keçirildiyini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью