Artıq beynəlxalq hüquq yoxdur, beynəlxalq güc var

19.11.2024

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


"Ermənilərlə nə qədər yumşaq, sülhə meyilli danışsaq da, onların məkiri, hiyləsi yerində qalır".
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşad Musayev deyib. O bildirib ki, yeni dünya düzəni qurulur, yeni proses gedir:
"Bu yeni dünya düzənində hansı dövlət özünə güvənir, gücü, təpəri varsa, özünü müdafiə edə bilirsə, o da qalib gələcək. Artıq beynəlxalq hüquq yoxdur, beynəlxalq güc var".
Millət vəkilinin sözlərinə görə, Azərbaycan beynəlxalq aləmdə öz gücü, nüfuzu, çəkisi ilə seçilir və bu mövqenin davamlı qalması üçün hər birimiz çalışmalı, dövlətin yanında olmalıylq.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью