Artıq bezmişəm, nə vaxta qədər...

22.05.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Mən yaşamıram ki, zülm çəkirəm".
Demokrat.az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında xalq artisti Naibə Allahverdiyeva deyib. Aktirsa ayaqlarındakı ağrılardan əziyyət çəkdiyini bildirib:
"Qızımın toyundan sonra ayaqlarım şişib. 2-3 fərqli həkimə müraciət etmişəm, amma hərəsi bir söz deyir. Müalicə olunuram, lakin problem hələ də qalır. Artıq bezmişəm. Nə vaxta qədər həkim-həkim, müayinə-müayinə gəzmək olar? Bütün qazancım dərmanlara və həkimlərə gedir. Belə həyat  olar?"
Naibə Allahverdiyeva 25 ildir eyni problemdən əziyyət çəkdiyini də vurğulayıb:
"25 il əvvəl ayağım sınmışdı. Bu, mənim bütün həyatımı dəyişdi. Həmin vaxt həkim ayağımı düzgün müalicə etmədi. İki gün ayağım o vəziyyətdə qaldı. Həmin gündən zülm çəkirəm".
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью