“Artıq bu məsələni bağlamalıyıq”

29.10.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

“Artıq bu məsələni bağlamalıyıq”

Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo Kilian Mbappenin Mao Tszedunla bağlı açıqlamasına görə yaranan qalmaqalın artıq geridə qalmalı olduğunu bildirib.

QOL.az xəbər verir ki, "Ouest-France" nəşrinə danışan Diallo futbolçunun üzr istədiyini və heç kimi təhqir etmək niyyətində olmadığını bildirib:

“Kilian baş verənlərin kontekstini çox yaxşı izah edib və üzr istəyib. Ümid edirəm ki, bu qalmaqal uzun çəkməyəcək. Artıq məsələni bağlamalıyıq ki, o, mövsümünü ən yaxşı şəraitdə davam etdirə bilsin”.

Qeyd edək ki, Mbappenin Mao Tszedunla bağlı zarafatı Çində narazılığa səbəb olub. “Real” və La Liqa futbolçunun açıqlamasına görə üzr istəyib. Çin şirkətləri onunla əməkdaşlığı dayandırıb, dövlət televiziyası isə “Real”ın növbəti oyunlarından birini yayımlamaqdan imtina edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью