Artıq bu yöndə ilk müsbət siqnallar var

24.01.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

Belçika millisinin yeni baş məşqçisi Rudi Qarsiya "Real Madrid"in qapıçısı Tibo Kurtuanın yenidən "qırmızı şeytanlar"ın sıralarına qayıdacağına ümid etdiyini deyib.

Fanat.Az xəbər verir ki, onun sözlərini HLN belə çatdırıb:

"Tibo Kurtua Belçikanın ən təcrübəli, ən tanınmış futbolçularından biridir. Mats Sels və Koen Kastelsin çox sayda əla keyfiyyətləri var, amma məncə, dünyanın ən yaxşı qapıçısı Kurtuadır. Ümid edirəm ki, onun xidmətindən faydalana biləcəyik. Əlbəttə, nəyin necə olacağını zaman göstərəcək. Hərçənd artıq bu yöndə ilk müsbət siqnallar var".

Xatırladaq ki, Qarsiya bu postda bir müddət öncə qovulan Domeniko Tedeskonu əvəzləyib. Kurtua Tedesko dönəmində millidən kənarda qalıb.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью