Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu barədə Bizimyol.info xəbər portalına danışan diyetoloq Günay Həsənova bildirib ki, artıq çəkiq qaraciyər piylənməsinə və qaraciyərin böyüməsinə səbəb ola bilər: “Artıq çəki ilk növbədə müəyyən orqanların sıradan çıxmasına səbəb ola bilər. Bunlardan ilk olaraq mədəaltı vəzi haqqında deyə bilərik. Mədəaltı vəzi öz funksiyasını itirdikcə, qanda olan insulini neytrallaşdıra bilmir, buna görə qanda olan insulin avtomatik qalxır. İlk növbədə prediabet başlayır. Yəni şəkərli diabetdən əvvəlki bir mərhələ var ki, bu, prediabet sayılır. HOMA-IR analiz göstəricilərinə uyğun olaraq normativ 2,5-dən yuxarı qalxarsa, o zaman demək olar ki, bu insanda insulin rezistentliyi var.
Artıq çəki ikinci növbədə qaraciyər piylənməsinə və qaraciyərin böyüməsinə səbəb ola bilər. Bundan əlavə, qan göstəricilərində ALT, AST yüksəlir. Qanda xolesterin, LDL yüksəlir. Əksər insanlarda onurğada, diz oynaqlarında və qığırdaqlarda problemlər yaranır”.
Günay Həsənova vurğulayıb: “İnsanlar sabit yuxu yatmalı, rejimlə qidalanmalıdır. Yuxu vacib amillərdəndir-stabil, neytral olmalıdır.
Bundan başqa, gün ərzində hər insan öz orqanizminə uyğun olaraq su qəbul etməlidir. Bu çox vacibdir. Ola bilər insan pəhriz saxlasın, ancaq ən ağır pəhriz saxlamış olsa belə su limitini tənzimləyə bilmədiyi üçün onun çəkisi düşməyəcək.
Bəzi insanlar pəhriz müddətində meyvələrə üstünlük verirlər. Düşünürlər ki, meyvələrdə fruktoza çoxdur, saxaroza yoxdur. Amma onu bildirim ki, meyvələrin həddindən artıq çox yeyilməsi qarınətrafı piylənməyə gətirib çıxara bilər. Bəzi meyvələr isə qanda çəki artırır. Bunlardan yemişi, üzümü misal çəkmək olar.”
Günay Həsənova əlavə edib: “Ola bilər insan pəhriz məhsulları ilə qidalansın, amma öz kilosuna uyğun olmayan kalori qədərini qəbul edə bilər. Yəni gün ərzində hər insan öz çəkisinə uyğun olan kalorini qəbul etməlidir. Porsiya qədərinə mütləq fikir vermək lazımdır. Bu çox mühüm rol oynayır”.Günel Həsənova, Bizimyol.info