Artıq çəkinin bilmədiyiniz ziyanı. Yeni araşdırma

16.11.2024

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kembric Universiteti (İngiltərə) alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, artıq çəki beyinin fəaliyyətinə mənfi təsir edir, yaddaş problemlərinə səbəb olur.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, ksperimentdə müxtəlif çəkisi olan 50 nəfər insan iştirak etmişdir. İştirakçılar kompüter oyunu oynayırdılar, 2 gündən sonra isə iştirakçılara bu oyunla bağlı suallar verilirdi.

Alimlərin müşahidələrinə görə, bədən kütləsinin indeksi yüksək olan insanlar bu sadə tapşırığın öhdəsindən daha çətinliklə gəldilər. Nəticədə alimlər artıq çəkinin beyinə olan mənfi təsirlərindən şübhələniblər. Araşdırmalar davam edəcək.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью