“Artıq cənab yaxşı oğlan yoxdur” Tramp İrana yenə hədələdi

29.04.2026

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


ABŞ Prezidenti Donald Tramp İranı yenidən hədələyib.
Yeniavaz.com
xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində paylaşım edib.
“İran özünü ələ ala bilmir. Onlar nüvəsizləşdirmə sazişini necə imzalayacaqlarını bilmirlər. Tezliklə ağıllarını başlarına yığsalar, yaxşı olar”, - ABŞ lideri bildirib.
Bununla yanaşı, Tramp paylaşıma əlində ağır silah olan və “Artıq cənab yaxşı oğlan yoxdur” ifadəsi yer alan şəklini əalvə edib.
Süni intellek tərəfindən hazırlanan şəkildə Tramp tünd rəngli kostyum geyinib və günəş eynəyi taxıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью