Artıq daha bir Ayımız var FOTOLAR

13.11.2026

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yer kürəsinin cazibə qüvvəsi daha bir kiçik asteroidi müvəqqəti olaraq öz orbitinə cəlb edib. 2026 QQ8 adlandırılan kosmik cismin Yer ətrafında hərəkət etdiyi və ilin sonunadək planetimizin cazibə təsiri altında qalacağı gözlənilir.

Turkustan.az xəbər verir ki, bu barədə BBC astronomiya üzrə ixtisaslaşmış nəşrlərə istinadən məlumat yayıb.

Nəşr həmin cismi “mini Ay” kimi təqdim edib:

“Təxminən 2 metr diametrə malik olduğu ehtimal edilən asteroidin Yerə ən yaxın məsafəsinin 568 min kilometr olacağı hesablanıb. Bu, Yerlə Ay arasındakı orta məsafədən təxminən 183 min kilometr çoxdur.

Astronomların hesablamalarına görə, 2026 QQ8 aprel ayının sonlarında Yerin cazibə qüvvəsinin təsirinə düşüb. Onun 2026-cı ilin dekabrınadək Yer ətrafında müvəqqəti hərəkətini davam etdirməsi, daha sonra isə cazibə təsirindən çıxaraq yenidən Günəş ətrafındakı müstəqil orbitinə qayıtması gözlənilir.

Mütəxəssislərin qiymətləndirməsinə görə, 2026 QQ8-in Yer üçün ciddi təhlükə yaratması gözlənilmir. Belə ki, onun ölçüləri olduqca kiçikdir və atmosferə daxil olacağı təqdirdə böyük ehtimalla Yer səthinə çatmadan yanaraq parçalanacaq.

/Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью