Icma.az, Axsham.az saytına istinadən bildirir.
Müğənni İradə İbrahimova qızı İpəklə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, sənətçi fotolar paylaşaraq övladının 16 yaşının tamam olduğunu bildirib:
"İpək 16 yaşına qədəm qoydu. Artıq evimizdə ən böyük mövzular “başqaları”dır. Başqalarının bəzənməyi, gəzməyi, təkbaşına istədikləri yerə, istədikləri vaxtda çıxmaları, başqalarının ata-analarının daha rahat olması...
Təslim olmadan, “olar” ya da “olmaz”ları səbrlə başa salıram. Hər zaman saz mənim əlimdə olur. “Niyə?” sualı yaşının ona verdiyi ən qüvvətli, ən güclü sualıdır.
Gərgin söhbətlərin sonunda qucaqlaşıb təşəkkür edir, bir-birimizə sevgimizi etiraf edərək söhbətimizi sonlandırırıq. Həyat hamısına gözəlliklər göstərsin. Amma tək arzum var, hər şeyi dadında, yerində, ölçüsündə, dərəcəsində, qərarında, zamanında yaşamağı bilsinlər.
16 ildir səbrlə toxumlarımı səpirəm. Ona qalanlar baxıb böyüdə biləcəyi toxumlar olsun, inşallah. 11.11.2026".
Qeyd edək ki, İradə Ceyhun adlı Türkiyə vətəndaşı ilə ailəlidir. Cütlüyün bir oğlu da var. İ.İbrahimova uzun illər Türkiyədə yaşayıb və sənətdən uzaqlaşıb. Hazırda isə o, Bakıya qayıdaraq, müğənnilik fəaliyyətinə yenidən başlayıb.