ARTIQ GERNİKA BAŞ VERMİŞDİ

28.04.2026

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Etibar ƏLİYEV

Yazıçı, prozaik və dramaturq, tərcüməçi, fantast Karel Çapeki çexlər çox sevirlər.

Nəhəng fransız yazıçısı Lui Araqon 1938-ci ildə Çapek haqqında qısa, lakin çox maraqlı oçerk yazıb. Çexiya Baş naziri Andrey Babişin ölkəmizə səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin “Sülh və barışıq üçün Gernika mükafatı”na layiq görülməsi kimi mühüm hadisələrin fonunda həmin oçerki oxumağa dəyər.

Lui Araqon

Çapek haqqında

Praqada Karel Çapek vəfat etdi. O, Çexoslavakiyanın yerlə-yeksan edildiyi günü görmədi. 48 yaşında, hər zaman azadlıq haqqında nəğmələr oxunan dağlıq Avropa ölkəsində vəfat etdi. Orta əsrlərdən günümüzə qədər yadelli tiranlar bir-birinin ardınca Praqada hökmranlıq etmişlər. Lakin bu ölkənin əhalisi bütün təhdidlərə baxmayaraq Çapekin də yazdığı dili qoruyub saxlamışlar.

Mən Çapeklə 1936-cı ildə Parisdə tanış olmumuşam. İstedadlı həmkarım həmin ildə dünyanı iki düşərgəyə bölməyə cəhd edən mübarizəyə qoşulmaq istəmirdi. Səhv etməkdən qorxurdu. Və mühirəbəyə nifrət edirdi. Müharibə genişlənirdi və Berlində hazırlanan robotu (anlayışı ilk dəfə Çapek işlədib-red) saxlamaq Çapeklik də deyildi. Gernika baş vermişdi, sonra Madrid gəldi. Faşistlər Sudeti işğalla hədləyirdilər. Çapek azadlığın carcısı kimi “Ana” pyesini yazdı. O, yazıçıların beynəlxalq assosiasiyasının Çexoslavakiya seksiyasında mədəniyyətin müdafiəsi mövzusunda çıxış etdi və bunu milli təşkilata çevirdi.

Bəli, biz, fransız yazıçıları Çapekin timsalında böyük bir dostumuzu itirdik. Yazıçılar ona Nobel mükafatının verilməsini tələb edirdilər.

Son illər Çapek hitlerçilərin böhtan xarakterli təhdidləri ilə üzləşirdi. Hətta öz ölkəsinin mətbutında da onu hədəfə alırdılar. Çapek itaət etmədən öldü...

(Tərcümə; Etibar Əliyevindir)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью