Artıq hər şeyin gözəl olmasına çalışmıram Video

13.12.2025

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Aparıcı Xoşqədəm Hidayətqızı bir müddət əvvəl vəfat edən valideynləri ilə bağlı paylaşım edib. 

Axşam.az xəbər verir ki, o, valideynləri üçün darıxdığını, həftəsonu daha çox əziyyət çəkdiyini bildirib:

"Hər həftəsonu gələndə ürəyim atlanır. Elə bilirəm ki, yenə hər zaman olduğu kimi bütün övladlarınız bizə yığılacaq, yenə sizə sevə-sevə yeməklər bişirəcəyəm, keçmiş xatirələrdən uzun-uzadı danışacağıq. Evə gəlirəm, amma görürəm ki, yoxsunuz. Daha bazara getmirəm, gecədən hazırlığa başlamıram ki, evdə hər şey gözəl olsun, hər tərəfdə anamın xoşladığı çiçəklər olsun demirəm. İstəmirəm… Çünki siz yoxsunuz. Mənə sevgi, ümidlə, qürurla baxan valideynlərim artıq yoxdur. Sizsiz yaşamaq o qədər çətindir ki… Arxivimdən tapdığım hər yeni görüntünüz mənim üçün misilsiz bir xəzinədir.

 Bu videonun ikinci hissəsi mənə o qədər təsir etdi ki… Yaxın günlərdə paylaşacağam, səbəbini onda biləcəksiniz".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью