Artıq iPhone ilə istəsəniz də nude çəkə bilməyəcəksiniz

17.12.2025

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Böyük Britaniya hökuməti Apple və Google şirkətlərinə yeni tələblər qoymağa hazırlaşır.

Milli.Az xəbər verir ki, bu tələblərə görə telefonların əməliyyat sistemlərində çılpaq görüntüləri tanıyan filtrlər olmalıdır.

Məqsəd uşaqların və yetkinlik yaşına çatmayanların intim şəkil və videolar çəkməsinin və yaymasının qarşısını almaqdır. Hökumət bununla uşaqları zərərli məzmundan qorumağı planlaşdırır.

Hazırda Android və iOS sistemlərində belə xəbərdarlıqlar var. Amma onları asanlıqla söndürmək olur. Yeni qaydalar qəbul edilərsə, bu filtrlər sistemi tam əhatə edəcək və söndürülməsi çətin olacaq. Bu da uşaqlar üçün əlavə qoruma yaradacaq.

İsmayıl
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью