Artıq İranda hicab taxmaq məcburi deyil

04.10.2025

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

"İranda hicab qanununu icra etməyə daha gərək yoxdur".

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İranın Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər açıqlama verib.

O bildirib ki, hüquqi baxımdan hicab qanununun icrası mümkün deyil.

"Hicab taxmaq məcburiyyəti artıq heç bir cərimə, cəza və ya hüquqi nəticə doğurmayacaq. Polisə də bunu çatdırın", - deyə o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью