Artıq məğlub olduqda milli komandaya mükafat verilməyəcək

05.02.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Hazırda milli yığma komandaya böyük məbləğli bonuslar verilmir və konkret olaraq deyim ki, verilməsi də nəzərdə tutulmur”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev “CBC Sport”a verdiyi müsahibədə bildirib.
Federasiya rəsmisi bunu jurnalistin yerli futbolçulara əvvəlki illərdə olduğu kimi hətta məğlub olduqda belə başgicəlləndirici mükafatların verilib-verilməyəcəyi ilə bağlı sualına cavab verərkən deyib.
Qeyd edək ki, Azərbaycan millisi uğursuzluqlara baxmayaraq böyük məbləğdə mükafatlar almasına görə tənqid edilirdi.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью