Artıq podkastlara da Qızıl Qlobus mükafatı veriləcək

09.05.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2026-cı ildən etibarən "Qızıl Qlobus" mükafatında "Ən yaxşı podkast" kateqoriyası olacaq.

Oxu.Az "Deadline"a istinadən xəbər verir ki, bu barədə mükafatın təşkilatçıları məlumat veriblər.

"Ən yaxşı podkast" nominasiyası ilk dəfə 83-cü "Qızıl Qlobus" mərasimində təqdim olunacaq. Namizədlərin qısa siyahısına altı podkast daxil ediləcək. Onların mükafata namizəd olmaq üçün hansı meyarlara cavab verməli olduqları isə sonradan açıqlanacaq.

2026-cı il üzrə "Qızıl Qlobus" namizədləri 8 dekabrda elan olunacaq. Mükafatlandırma mərasimi isə 11 yanvarda keçiriləcək və 27 kateqoriya üzrə qaliblər açıqlanacaq. Mərasimin aparıcısı Nikki Qleyzer olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью