Artıq transferlər bitib, bizi çətin vəziyyət gözləyir Fizuli Məmmədov

25.01.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Artıq transferlər bitib, bizi çətin vəziyyət gözləyir" - Fizuli Məmmədov

"Erkən buraxdığımız qollar bizə təsir etdi".

QOL.az xəbər verir ki, bu sözləri "Karvan-Yevlax"ın baş məşqçisi Fizuli Məmmədov Misli Premyer Liqasının 17-ci turunda "Sabah"a 1:4 hesablı məğlubiyyəti şərh edərkən deyib.

Mütəxəssis qarşılaşmaya ciddi hazırlaşdıqlarını və rəqibin gücünü bildiklərini qeyd edib. O, məğlubiyyətin əsas səbəbini startda buraxılan səhvlərlə əlaqələndirib: 

"İlk dəqiqələrdən xırda səhvlər etdik. Bu cür rəqiblərlə matçda belə səhvlər qolla nəticələnir. Erkən qollar istər-istəməz bizə təsir etdi". 

F.Məmmədov ağır məğlubiyyət aldıqlarını, lakin təhlillər apararaq 4 gün sonra keçiriləcək növbəti oyuna hazırlaşacaqlarını vurğulayıb.

Baş məşqçi turnir cədvəlindəki əsas rəqibləri olan "Kəpəz" və "Qəbələ"nin qələbə qazanması fonunda komandanın vəziyyətinə və transfer məsələlərinə də aydınlıq gətirib:

"Bizim üçün çətindir. Amma son ana kimi vuruşacağıq. Artıq transferlər bitib, bu heyətlə davam edəcəyik. Qarşıdakı matçlarda qələbə qazanmalıyıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью