Artırmağıma ehtiyac yoxdur, elə öz formamdayam Sumqayıt ın yeni transferi

14.09.2026

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Sumqayıt"ın yeni transferi Mamadi Banqre Sportal.az saytına açıqlama verib.

Fransalı futbolçu "Sumqayıt"a keçidindən və Azərbaycandakı hədəflərindən danışıb:

"Azərbaycan çox çətin çempionatdı, burada çox yaxşı oyunçular var. Əlimdən gələn hər şeyi edəcəm ki, "Sumqayıt"a kömək edim. Birinci dəfədir ki, Azərbaycandayam, Sumqayıtdayam. Çalışacam ki, Azərbaycanın hər yerini gəzim, burada olmaq mənim üçün çox xoşdur. Mənim artırmağıma ehtiyac yoxdur. İndi də elə öz formamdayam. Üç gün əvvəl oyun oynamışam. Sadəcə indi yeni komandadayam. Daha da yaxşı olacaq.

"Sumqayıt"dakı məqsədimə gəldikdə, hələlik gələcəkdə necə olacağı barədə düşünmürəm. Pillə-pillə bu komandaya kömək olmaq istəyirəm. Gələcək haqda nəsə demək istəmirəm, nə olacaqsa, olacaq. İndi yalnız “Sumqayıt”ın oyunlarına fokuslanmışam və komandaya xeyir vermək barədə düşünürəm".

O, komandasının "Şamaxı" ilə görüşdəki bərabərə qalmasına da şərh verib: "Təbii ki, “Şamaxı” ilə matçda da qalib gəlmək istəyirdik. Meydana da bunun üçün çıxmışdıq. Epizodlarımız da oldu. Hər halda, bir xal qazandıq. Bundan sonra da matçlara qalibiyyət üçün çıxacağıq. Ümidvaram ki, hər şey istədiyimiz kimi alınacaq".
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью