Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Revmatoloji xəstəliklərin ilkin əlamətlərindən biri oynağın iltihabi xəstəliyi olan artritdir.
AZƏRTAC xəbər verir ki, həkim-revmatoloq Nərgiz Hüseynova deyib: “Artrit oynaqlarda qızartı, şişkinlik, ağrı şikayəti ilə özünü göstərir və ciddi hərəkət məhdudiyyətinə səbəb olur.
Zaman keçdikcə hərəkət məhdudiyyəti qalaraq fiziki qüsura gətirib çıxara bilər”.
Hazırda revmatoloji xəstəliklərin elmə məlum olan 200-dən çox növü var.
Onların bir qismində artrit olsa da, digərləri sadəcə daxili orqanların, damarların yuyulması və zədələnməsi nəticəsində baş verə bilər.
Bura ağciyərlər, ürək, mədəaltı vəzi, böyrəklər, bağırsaq, gənc xanımlarda ana olmaqla əlaqədar narahatlıqlar daxildir.
“Revmatoloji xəstəliklərin yaşı yoxdur, yeni doğulmuşdan tutmuş ən ahıl yaşa qədər həmin diaqnozu qoymaq olur.