Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Artroz oynaqların qığırdaq səthlərinin müxtəlif səbəblərdən zədələnməsi, oynaq boşluğunda mayenin azalması, bitişik sümüklərdə və bağlarda patoloji dəyişikliklərin böyüməsi nəticəsində yaranan xroniki xəstəlikdir.
Zaman keçdikcə onun əlamətləri güclənir, sonrakı mərhələlərdə ciddi pozulmalar baş verir.
AZƏRTAC xəbər verir ki, bu barədə verteboloq Röya Musayeva bildirib.
O deyib: “Artroz mübadilə proseslərinin pozulması nəticəsində əmələ gələn oynaq zədələnməsidir. Bu zaman oynağın qığırdağı zədələnir.
Həmin xəstəliyə hər yaşda təsadüf oluna bilər, lakin daha çox 40-50 yaşlarında olan qadınlarda müşahidə edilir.
Artrozun əlamətlərindən biri oynaqlarda olan ağrılardır. Oynaqlarda olan qığırdaq toxuması kobudlaşır, nəticədə səthlər bir-birini loru dild
Həmin proses yeriyərkən, pilləkən çıxarkən daha çox özünü göstərir.