Artsax yox, Qarabağ ! Simonyan erməni jurnalistin cavabını verdi

11.02.2025

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Hurriyyet.az "Aysor" nəşrinə istinadla xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan separatçı jurnalistin cavabını verib. Jurnalist Alen Simonyanın niyə həmişə yalnız qondarma "Artsax" yox "Qarabağ" adını işlətdiyini soruşub.
Simonyan deyib: "Bəs özününüz Qarabağ demirsiniz? Məgər demirsiniz ki, biz qarabağlılarıq, Qarabağ erməniləriyik? Mən siyasətçiyəm və başqa bir ölkənin vətəndaşımın mənim şəhərlərimdən birini Azərbaycan, yaxud da türk adları ilə adlandırmasına qarşıyam. Mən bu siyasətə riayət etməliyəm".
Jurnalist Simonyanın bir vaxtlar "Artsax" sözünü işlətdiyini söylədikdə spiker cavabında deyib: "Səhv eləmişəm". 
Hürr Tərcüman

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью