Artur Melo Türkiyə nəhənginin diqqət mərkəzində

30.07.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Beşiktaş yay transfer dönəmi çərçivəsində orta xəttini gücləndirmək üçün diqqətçəkən bir addım atmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, “qartallar” "Yuventus"un braziliyalı yarımmüdafiəçisi Artur Melo ilə yaxından maraqlanır.

Bu barədə məlumatı "Sportitalia" yayıb.

Məlumata görə, İstanbul təmsilçisi 27 yaşlı futbolçunun vəziyyəti ilə bağlı ilkin sorğu göndərib. "Beşiktaş" rəhbərliyi oyunçunun şərtlərini öyrənmək üçün "Yuventus"la və futbolçunun nümayəndələri ilə təmaslara başlayıb.

Qeyd edək ki, hazırda Artur Melo "Yuventus"un əsas planlarında yer almır. Klub onu artıq ardıcıl iki mövsümdür ki, icarəyə göndərir.

Kamil Xudiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью