Artur Rasizadənin səhhətində problem yarandı

13.02.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın sabiq baş naziri Artur Rasizadənin səhhətində problem yaranıb.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, keçmiş baş nazir bu günlərdə səhhətinin pisləşməsi səbəbindən müalicə üçün xarici ölkəyə səfər edib.

Onun artıq ölkəyə qayıtdığı bildirilib.

Qeyd edək ki, bir neçə gün sonra - fevralın 26-da Artur Rasizadənin 90 yaşı tamam olur.

Xatırladaq ki, Artur Rasizadə 22 il Azərbaycanın baş naziri olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью