Artyom Proskuryakovun cəzalandırılmasına federasiyadan reaksiya

29.01.2026

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Artyom Proskuryakov antidopinq qaydalarını pozduğuna görə cəzalandırılıb".

Bu barədə Moderator.az-a Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, idmançı noyabr ayından etibarən komandadan kənarlaşdırılıb:

"Bu barədə bizə məlumat daxil olan kimi idmançı komandadan kənarlaşdırılıb. Ötən ilin noyabrından etibarən Artyom Proskuryakov Azərbaycan yığma komandasının üzvü deyil".

"Beynəlxalq Velosipedçilər İttifaqı araşdırma apardıqdan sonra idmançıya verilən cəzanı bu gun açıqlayıb", - deyə federasiya qeyd edib.

İdmançının diskvalifikasiya müddəti 2025-ci il noyabrın 18-dən hesablanır və 2028-ci il noyabrın 17-dək davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью